Bakı Neft Emalı Zavodunda Aİ-95 markalı benzin istehsal olunacaq

Bakı Neft Emalı Zavodunda Aİ-95 markalı benzin istehsal olunacaq

Bakı. TurkicWorld:

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (NEZ) iki milyon ton Avro-5 standartlı Aİ-92 və Aİ-95 markalı benzin istehsal etmək planlaşdırılır.

TurkicWorld-un məlumatına görə, bunu Bakı NEZ-in modernləşdirilməsi layihəsinin baş direktorunun müavini Emil Alxaslı deyib.

Onun sözlərinə görə, istehsalın 40 faizi Aİ-95-in, 60 faizi Aİ-92-nin payına düşəcək.

"Modernləşdirmə proqramı Azərbaycanda benzinə daxili tələbatın tam təmin olunmasını nəzərdə tutur", - deyə o bildirib.

E.Alxaslı əlavə edib ki, daxili bazarda istifadə olunmayacaq həcmlər ixraca yönəldilə bilər.