"SOCAR Türkiyə"nin investisiya xərcləri 16.5 milyard dolları keçib

"SOCAR Türkiyə"nin investisiya xərcləri 16.5 milyard dolları keçib

“SOCAR Türkiyə” şirkətinin bugünə qədərki investisiya xərcləri 16.5 milyard dolları keçib.

TurkicWorld xəbər verir ki, layihələrin investisiya xərcləri aşağıdakı kimidir:

- Star Neft Emalı Zavodu 6.3 milyard dollar, depolama 600 milyon dollar,

- SOCAR Konteyner Terminalı 400 milyon dollar,

- Petkim-in özəlləşdirilməsi 2 milyard 40 milyon dollar və təxmini hər il təqribən 100 milyon dollar olmaqla ümumilikdə 1 milyard dollar,

- TANAP 6.5 milyard dollar.

Qeyd edək ki, SOCAR Türkiyə Aliağa bölgəsindəki bütün törəmə şirkətləri əhatə edən ərazi üçün "Xüsusi Sənaye Bölgəsi" adınıalan Türkiyədəki ilk şirkətdir.