Son dəqiqə

SOCAR SOCAR Türkiyə

"SOCAR Türkiye" öhdəliklərinin yenidən maliyyələşdirilməsinə 1,6 milyard dollar cəld edib

Bakı.Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə şirkəti "SOCAR Türkiye" öhdəliklərinin yenidən maliyyələşdirilməsi (refinancing) sövdələşməsi çərçivəsində 1,6 milyard dollar cəlb edib. Sindikatlaşdırılmış maliyyələşdirmənin təşkilatçıları "First Abu Dhabi Bank" (FAB) və "Mizuho Bank" olub.

Şirkətdən bildirilib ki, qlobal iqtisadiyyatda qeyri-müəyyənliyin davam etməsinə baxmayaraq, maliyyələşdirmə əlverişli şərtlərlə cəlb edilib. Beş il müddətinə nəzərdə tutulan sövdələşmə üzrə zamin SOCAR-dır.

"Sindikatlaşdırılmış maliyyələşdirmədə Avropa, Uzaq Şərq və Yaxın Şərqdən 22 bank iştirak edib. Maliyyələşdirmə üzrə müraciətlərin həcmi hədəflənən məbləği 1,8 dəfə üstələyib. Sövdələşmə əvvəlki kreditlərlə və bazardakı oxşar əməliyyatlarla müqayisədə daha uzun ödəmə müddəti və daha aşağı borclanma dəyəri ilə fərqlənir. Eyni zamanda, yenidən maliyyələşdirmə SOCAR üçün əlavə öhdəliklər yaratmır", – deyə şirkətin məlumatında bildirilir.

SOCAR-ın prezidenti və "SOCAR Türkiye"nin Direktorlar Şurasının sədri Rövşən Nəcəf bildirib ki, bu cür şərtlərlə maliyyələşdirmənin cəlb edilməsi beynəlxalq maliyyə institutlarının "SOCAR Türkiye"yə yüksək etimad göstərdiyini təsdiqləyir.

"Qlobal bazarlarda qeyri-müəyyənliyin davam etdiyi bir dövrdə dünyanın aparıcı maliyyə institutları FAB və "Mizuho Bank" tərəfindən bu miqyasda yenidən maliyyələşdirmənin əlverişli şərtlərlə təşkil edilməsi "SOCAR Türkiye"yə olan yüksək etimadın göstəricisidir. Beynəlxalq mənbələrdən maliyyələşdirmə SOCAR qrupunun likvidliyini artırmaqla yanaşı, layihələrimizin maliyyə institutları tərəfindən dəstəkləndiyini də təsdiqləyir", – deyə o bildirib.

Mövzuya görə xəbərlər