Son dəqiqə

SOCAR

Azərbaycanın neft və qaz ixrac həcmləri açıqlanıb

Bakı,TurkicWorld

Bu ilin 3-cü rübündə SOCAR tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri təxminən 4 milyon ton təşkil edib.

Bu barədə TurkicWorld SOCAR-ın məlumatına əsasən, hesablama aparıb.

Bildirilib ki, buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir.

ötən ilin eyni dövrü ilə müqayisədə xarici bazarlara ixrac edilən neft həcmləri təxminən 184,6 min ton və ya 4,5% azalıb.

2025-ci ilin üçüncü rübündə bu göstərici 4 milyon 101,4 min ton təşkil edib.

Ölkə üzrə təbii qaz ixracı da azalıb. 2026-cı ilin üçüncü rübündə xarici bazarlara 5 milyard 738,1 milyon kubmetr qaz tədarük edilib. Ötən ilin eyni dövründə bu həcm 6 milyard 286,9 milyon kubmetr olub. İllik azalma 548,8 milyon kubmetr və ya 8,7% təşkil edib.

Daxili bazarda təbii qaz istehlakı da aşağı düşüb. Belə ki, 2026-cı ilin üçüncü rübündə ölkə üzrə qaz istehlakı 2 milyard 275 milyon kubmetrə yaxın olub. 2025-ci ilin müvafiq dövründə bu göstərici təxminən 2 milyard 439,1 milyon kubmetr təşkil edib. Nəticədə istehlak 6,7% azalıb.

Mövzuya görə xəbərlər