Azərbaycan Avropanın enerji təhlükəsizliyinə münüm töhfələr verir - Rauf Əliyev

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə münüm töhfələr verir - Rauf Əliyev

2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində tarixi qələbə qazanan Azərbaycan Cənubi Qafqaz regionunda yeni iqtisadi güc statusu qazanıb. Ümumiyyətlə, son illlərdə Azərbaycanın dünyanın iqtisadi münasibətlərinin tənzimlənməsində rolu artmaqda davam edir. 1994-cü ilin sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi”nin uğurları buna süburdur. Regional çərçivədə qurulan əməkdaşlığın coğrafiyası bu unikal layihənin reallaşması sayəsində genişlənərək Azərbaycanın dünyanın enerji xəritəsinin dəyişməsi ilə nəticələnməkdədir. Bu nöqtqyi-nəzərdən “Cənub Qaz Dəhizi” nin tamamlanması son illərin ən əlamətdar hadisəlrindən biridir. Sərbəst inteqrasiya olunmuş 3,5 min kilometr uzunluğunda qaz boru xətləri birləşdirilmiş, və bir layihə kimi bir-birinə bağlanmışdır. Ölkəmiz iqtisadi-maliyyə gücünün artırılmasına, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə xidmət edən Cənub Qaz Dəhlizi layihəsinin bütün seqmentləri artıq fəaliyyətdədir. Azərbaycan dünya bazarının qaz ixracatcısına çevrilib. “Cənub Qaz Dəhlizi” Azərbaycanın Avropanın enerji təhlükəsizliyi, əməkdaşlıq və davamlı inkişafda strateji tərəfdaş kim rolunu daha da möhkəmləndirəcək.

Azərbaycan qazı strateji tərəfdaş ölkə kimi Bolqarıstanın da enerji təhlükəsizliyində öz rolunu oynayır. Bolqarıstan Cənub Qaz Dəhlizinin üzvüdür. Cnub Qaz Dəhlizinin icrası Azərbaycan - Bolqarıstan əlaqələrinin daha da inkişaf etməsinə xidmət edəcəkdir. Şox təəsüflər olsun ki, Bolqarstan tərəfinindən 2013-cü ildə bağlanmış müqavilə şərtlərinin vaxtında yerinə yetirilməməsi səbəbindən razılaşdırılmış qaz həcmini tam ala bilmir. İmzalanmış müqavləyə əsasən , Sofiya Yunanıstan-Bolqarıstan interkonnektoru (LGB) ildə bir milyard kubmetr qaz əldə etməli idi. Tikintidə baş verən ləngimələrlə əlaqədar Bolqarıstan Azərbaycan qazını alternativ marşurutla alır. Bu səbəbdən razılaşdırılmış həcmin üçdəbir hissəsindən çoxunu əldə edə bilmirlər. Eyni zamanda qeyd etmək lazımdır ki, Bolqarıstan KİV-ində Azərbaycanın qaz tədarükçüləri ilə “Bulqartransqaz” şirkəti arasında müqavilənin bəzi detalları yer almış, nəticədə sazişin kommesiya sirləri də məlum olmuşdur. Baş verənlərə münasibət bildirən Bolqarıstanın Baş naziri Kiril Petkov bildirmişdir ki, “Bulqartransqaz” şirkətini idarə heyyəti tam dəyişdirilmişdir.

İnanırıq ki, Bolqarıstan hökuməti tərəfində həyata keçirilən müvafiq tədbirlər nəticəsində yaranmış müvəqqəti çətinliklər aradan qaldırılacaq, Bolqarıstan Yunanıstan vasitəsiilə Azərbaycandan Gürcüstan və Türkiyədən keçməklə TAP layihəsinə qoşulacaq.

Milli Məclisin deputatı

Rauf Əliyev