Millət vəkilləri uşaq festivalında iştirak ediblər

Millət vəkilləri uşaq festivalında iştirak ediblər

Bakı. TurkicWorld:

15 may 2023-cü il tarixində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Xəzər rayonunun Binə qəsəbəsində yerləşən 292 nömrəli tam orta məktəbdə Xəzər Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının birgə təşkilatçılığı ilə uşaq festivalı keçirilib.

Tədbirdə Xəzər RİH başçısının müavini Lalə Əhmədova, Millət vəkilləri Rauf Əliyev və Jalə Əhmədova, Mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru Əməkdar İncəsənət Xadimi Dilarə Əliyeva , 292 №li məktəbin direktoru Kamran İsalı və məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Tədbiri məktəbin direktoru Kamran İsalı giriş sözü ilə açaraq ilk öncə qonaqları salamlamış, Ulu öndər Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Ekranda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs olunan sənədli filmlərdən fraqmentlər göstərilib. Açılışdan sonra söz Dövlət Uşaq Filarmoniyasının iştirakçılarına verilib. Filarmoniyanın nəzdində fəaliyyət göstərən "Şəms" uşaq xoru, Vokal sinfi, müxtəlif yaş qruplarından ibarət rəqs kollektivi, "Sədəf" xalq çalğı alətləri ansamblının solistləri maraqlı musiqi nömrələri ilə çıxış edərək, müxtəlif dünya xalqlarının mədəniyyət nümunələrindən ibarət rəqs kompozisiyaları təqdim etmişdirlər. Konsertin sonunda qonaqlar çıxış edərək festivala görə təşkilatçılara və iştirakçılara təşəkkürünü bildirib, uğurlar arzulayıblar.

Sonda xatirə şəkli çəkilib.