Azərbaycan Avropanın enerji təhlükəsizliyinə xüsusi töhfə verən ölkələrdəndir - Rauf Əliyev

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə xüsusi töhfə verən ölkələrdəndir - Rauf Əliyev

Bakı. TurkicWorld:

Azərbaycan Respublikasənən Prezidenti cənab İlham Əliyev fevralın 3-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı mərasimində çıxışı zamanı çox mühün məsələlərə toxunmuşdur.

Qeyd olunmuşdur ki, artıq dünya çox dəyişmişdir. Enerji təhlükəsizliyi həqiqətən milli təhlükəsizlik məsələsinə çevrilmişdir və enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artır. Bu nöqtey nəzərdən yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunması daha böyük əhəmiyyətə malikdir.

Azərbaycan öz üzərinə götürdüyü öhdəlikləri vaxtında yerinə yetirir. Nəticədə 2022-ci ildə Azərbaycan Avropaya mavi qaz nəqlini 40 faiz artıraraq 11, 4 milyard kub metrə çatdırdı. Bütövlükdə son 2 ildə Azərbaycan Avropaya 20 min milyard kub metrə yaxın mavi qaz nəql edib. Avropa İttifaqına üzv olan ölkələrin rəsmilərinin mövqeləri bir daha təsdiq edir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə xüsusi töhfə verən ölkələrdəndir və Avropa uzun müddət bu sahədə Azərbaycanla əməkdaşlığını davam etdirəcək. Ötən il Bakıda Avropa Komissiyasının rəhbəri xanım Ursula Fon der Lyayenin iştirakı ilə imzalanmış enerji sahəsində Strateji Memorandum uğurlu əməkdaşlığın bariz nümunəsidir.

Cənab Prezident Yaşıl Enerli üzrə Azərbaycanın imkanlarından bəhs edərkən qeyd etmişdir ki, Xəzər dənizində külək enerjisi potensialı 157 qiqavat, quruda isə külək və günəş enerjisi potensialı 27 qiqavatdır. Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərdə külək və günəş enerjisi potensialı 10 qiqavatdan çoxdur. Bildirilmişdir ki, hazırda 500 meqavatlıq günəş enerjisi stansiyasının tikilməsinə dair danışıqlar aparıır.

Avropa Komissiyası, həmçinin ABŞ və Böyük Britaniya hökumətləri layihəyə davamlı dəstək göstərir, eləcə də investisiya və maliyyə imkanları da daxil olmaqla geniş əməkdaşlıq üçün güclü bünövrə təmin edirlər .

Aparıcı maliyyə qurumları sayılan Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası layihəyə maraq göstərir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən XXI əsrin ən nəhəng layihələrindən biri olan Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın iqtidasi və strateji maraqlarına cavab verir və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi əhəmiyyət daşıyır.

Milli Məclisin deputatı

Rauf Əliyev