Bakı. TurkicWorld:
Cənub Qaz Dəhlizi "sabitliyin lövbəri"dir".
TurkicWorld xəbər verir ki, bu barədə bu gün Atlantik Şurasının (Atlantic Council) Qlobal enerji mərkəzinin baş direktoru Landon Derentz 29-cu Bakı Enerji Forumu çərçivəsində "Neft axınları: Kross-logistika və Azərbaycanda infrastrukturun inkişafı" panel müzakirəsində deyib.
""Cənub Qaz Dəhlizi "sabitliyin lövbəri"dir. Bu, fikrimcə, reallaşır və Azərbaycanın Avropa bazarının etibarlı təchizatçısı kimi tarixi kontekstinə əsaslanan, həqiqətən də böyük imkanlar məkanınıdır. İndi bu fürsətdən yararlanmaq lazımdır", - o deyib.
Xatırladaq ki, 31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını diversifikasiyalaşdırıb.