Son dəqiqə

Avropa dizel yanacağı yanacaq qiymətləri Dizel dizelin qiyməti

Avropada dizel yanacağının qiyməti rekord həddə çatıb

BAKI,TurkicWorld

Avropada dizel yanacağının orta qiyməti indiyədək qeydə alınan ən yüksək səviyyəyə çataraq bir litr üçün 2,24 avro təşkil edib. Avropa Komissiyasının məlumatına görə, bu məbləğ təxminən 2,53 ABŞ dollarına bərabərdir.

ArabAZ xəbər verir ki, yanacağın bahalaşması Avropanın nəqliyyat sektoruna, o cümlədən hava yolları şirkətlərinə əlavə təzyiq yaradır. Aviaşirkətlər tədarükdə yaranan çətinliklərlə yanaşı, yanacaq xərclərinin yüksəlməsi ilə də üzləşirlər.

Benzin və dizelin qiymətlərindəki kəskin artım ABŞ və İsrailin İranla müharibəsinin başlanmasından sonra enerji bazarlarında yaranan tədarük problemləri fonunda müşahidə edilir.

Yanacaq təchizatının azalması və bəzi emal proseslərində fasilələrin yaranması Avropa bazarında benzin və dizelin qiymətlərinin yüksəlməsinə səbəb olan əsas amillər sırasında göstərilir.

Mövcud vəziyyət xüsusilə yanacaqdan yüksək dərəcədə asılı olan nəqliyyat və aviasiya sahələrində əməliyyat xərclərinin artmasına səbəb olur.

Mövzuya görə xəbərlər