Son dəqiqə

Bakı Enerji Forumu

Tədarüklərin təhlükəsizliyi, enerji keçidi və səmərəli investisiyaları birləşdirən layihələr lazımdır - "MOL Group"

Bakı. TurkicWorld :

Macarıstanın "MOL Group" şirkəti dünyada tədarüklərin təhlükəsizliyi, enerji keçidi və səmərəli investisiyaları birləşdirən pilot layihələrin icrasını vacib hesab edir.

TurkicWorld xəbər verir ki, bu barədə "MOL Group"un icraçı vitse-prezidenti Jombnar Marton 29-cu Bakı Enerji Forumu çərçivəsində panel müzakirəsində deyib.

Onun fikrincə, dünya hələ də 40-50 il ərzində əlçatan qazıntı yanacağı verə bilər, lakin gələcək perspektiv haqqında düşünmək lazımdır.

O qeyd edib ki, xüsusən qaz, o cümlədən, Azərbaycanda gübrə istehsalı üçün istifadə olunur.

"Dünyada qazdan istifadə azalarsa, aqrar sektora hansı təsirlər olacaq", - deyə Marton vurğulayıb.

Onun sözlərinə görə, beləliklə, bütün dünyada iqtisadiyyatların dayanıqlı inkişafı üçün tarazlıq lazımdır.

Qeyd edək ki, bu gün "MOL Group" aparıcı beynəlxalq neft-qaz konsernlərindən biri olmaqla, Avropa, Yaxın Şərq, Şimali Afrika və MDB-nin 40 ölkəsində fəaliyyət göstərir. Bütün dünyada " MOL Group" müəssisələrində təqribən 30 min əməkdaş çalışır.

Mövzuya görə xəbərlər