BAKI,TurkicWorld
Azərbaycan və Özbəkistan arasında enerji əməkdaşlığının perspektivləri “Bakı Enerji Forumu” çərçivəsində müzakirə olunub.
TurkicWorld xəbər verir ki, energetika naziri Pərviz Şahbazovla Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov arasında görüş keçirilib. Görüşdə enerji əməkdaşlığının inkişafından məmnunluq ifadə edilib, neft və neft-kimya məhsullarının təchizatı üzrə dinamika müsbət qiymətləndirilib.
Həmçinin məhsulların ticarəti üzrə əməkdaşlığın genişləndirilməsi imkanları və Üstyurt geoloji kəşfiyyat layihəsinin icrası müzakirə olunub. Görüş zamanı “Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi” ilə bağlı fikir mübadiləsi də aparılıb.







