Son dəqiqə

Pərviz Şahbazov Avropa Bakı Enerji Forumu Xəzər Qaz Sənayesi Forumu

“Xəzər-Qara dəniz – Avropa yaşıl enerji dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırılması yekun mərhələdədir - Pərviz Şahbazov

Bakı, TurkicWorld

"Xəzər-Qara dəniz – Avropa yaşıl enerji dəhlizi" layihəsinin texniki-iqtisadi əsaslandırılması yekun mərhələdədir.

TurkicWorld xəbər verir ki, bunu Bakı Enerji Forumunda Energetika naziri Pərviz Şahbazov çıxışında bildirib.

"Layihə 10 illik şəbəkə inkişaf planına daxil edilib və Avropa Elektrik Enerjisi Ötürücü Sistem Operatorları Şəbəkəsi tərəfindən nəzərdən keçirilir", – deyə o vurğulayıb.

Nazir əlavə edib ki, Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankının dəstəyi ilə Qazaxıstan və Özbəkistanı Xəzər dənizi vasitəsilə Azərbaycanla birləşdirən və nəticə etibarilə Avropaya çıxış imkanı verən "Mərkəzi Asiya – Azərbaycan Yaşıl Enerji Dəhlizi" layihəsinin texniki-iqtisadi əsaslandırılması həyata keçirilir.

Mövzuya görə xəbərlər