Dekabr ayında Türkiyənin kimyəvi maddə ixracı artıb

Dekabr ayında Türkiyənin kimyəvi maddə ixracı artıb

Bakı. TurkicWorld:

2022-ci ilin dekabr ayında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 faiz artaraq 2,7 milyard dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Keçən ilin yanvar-dekabr ayında Türkiyə 33,5 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin yanvar-dekabr ayları ilə müqyisədə 31,9 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (dekabr 2021- dekabr 2022) Türkiyə 33,5 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib.