Dekabr ayında Türkiyənin elektrik avadanlıqları ixracı artıb

Dekabr ayında Türkiyənin elektrik avadanlıqları ixracı artıb

Bakı. TurkicWorld:

2022-ci ilin yanvar-dekabr aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz artaraq 15,2 milyard dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Keçən ilin dekbar ayında Türkiyə 1,5 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin dekabr ayı ilə müqayisədə 13,6 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki , son 12 ay ərzində (dekabr 2021- dekabr 2022) Türkiyə 15,2 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.