Ankara . TurkicWorld:
2022-ci ilin yanvar-noyabr aylarında Türkiyədə Rusiya kapitalı ilə 1208 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1043 şirkət çoxdur.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
Məlumatda qeyd olunur ki , hesabat dövründə, qeydiyyata alınan Rusiya şirkətlərinin sayı ilə bərabər, onların ümumi kapıtalıda artıb.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Rusiya şirkətlərinin məcmu kapitalı 486,2 milyon türk lirəsi olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 84,3 milyon türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.
TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-noyabr aylarında Rusiya şirkətlərinin əksəriyyəti İstanbulda (818) qeydiyyata alınıb.
“İstanbulda qeydiyatdan keçən Rusiya şirkətlərinin ümumi kapitalı 219,5 milyon türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.
Qeyd olunub ki , 2022-ci ilin yanvar-noyabr aylarında Türkiyədə Rusiya kapitalı ilə 693 topdan və pərakəndə ticarət, 89 ixracat şirkəti qeydiyyata alınıb.
Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.