BAKI,TurkicWorld
Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi sosial şəbəkə səhifələrində birinci xanım Mehriban Əliyeva ilə birlikdə Şamaxı rayonuna səfərinə dair görüntülər paylaşılıb.
TurkicWorld xəbər verir ki, paylaşım “Prezident İlham Əliyevin Şamaxı rayonuna səfəri” qeydi ilə təqdim olunub.
Prezidentin rəsmi saytının məlumatına görə, İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxı rayonuna səfər ediblər. Dövlət başçısı və birinci xanım Şamaxı şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Səfər çərçivəsində İlham Əliyev və Mehriban Əliyeva “Pirqulu Park” mehmanxanasının açılışında iştirak edib, həmçinin Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar.
Dövlət başçısı Şamaxıda “Nəsimi Bağları” və “Meysari Grand Hotel & SPA” kompleksləri ilə də tanış olub.





