Son dəqiqə

Türkiyə Ticarət nazirliyi hazır geyim

Noyabr ayında Türkiyənin hazır geyim ixracı 5 faizdən çox azalıb

Bakı. TurkicWorld:

2022-ci ilin yanvar-noyabr aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz artaraq 19,1 milyard dollara bərabər olub.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin noyabr ayında Türkiyə 1,6 milyard dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 5,4 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki , son 12 ay ərzində (noyabr 2021- noyabr 2022) Türkiyə 21,3 milyard dollar məbləğində hazır geyim ixrac edib.

Mövzuya görə xəbərlər