...

Türkiyədə Qazaxıstan şirkətlərinin məcmu kapitalı keçən ilə nəzərən artıb (ÖZƏL)

İqtisadiyyat Digər xəbərlər 29 Noyabr 2022 11:05
TurkicWorld Daspina Hasanova
Türkiyədə Qazaxıstan şirkətlərinin məcmu kapitalı keçən ilə nəzərən artıb (ÖZƏL)

Ankara . TurkicWorld:

2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyədə Qazaxıstan kapitalı ilə 105 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 64 şirkət çoxdur.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Qazaxıstan şirkətlərinin sayının artmasına baxmayaraq, onların ümumi kapıtalıazalıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qazaxıstan şirkətlərinin məcmu kapitalı 34,3 milyon türk lirəsi olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 57,5 milyon türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Qazaxıstan şirkətlərinin əksəriyyəti İstanbulda (76) qeydiyyata alınıb.

“İstanbulda qeydiyatdan keçən Qazaxıstan şirkətlərinin ümumi kapitalı 29,1 milyon türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyədə Qazaxıstan kapitalı ilə 7 tikinti, 49 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.

Məqalədə:
Xəbərlər

Xəbər lenti