Yanvar-oktyabr aylarında Almaniya vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlak sayı azalıb

Yanvar-oktyabr aylarında Almaniya vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlak sayı azalıb

Ankara. TurkicWorld:

2022-ci ilin oktyabr ayında Almaniya vətəndaşları Türkiyədə 211 daşınmaz əmlak alıblar ki, bu da 2021-ci ilin oktyabr ayı ilə müqayisədə 45 obyekt azdır.

TurkicWorld bu barədə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanına istinadən məlumat verir.

Məlumata görə,2022-ci ilin yanvar-oktyabr aylarında Almaniya vətəndaşları Türkiyədə 2 min 269 daşınmaz əmlak satın alıblar ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 89 obyekt azdır.

2022-ci ilin oktyabr ayında Türkiyədə 102 min 660 əmlak satılıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 25,3 faiz azdır. Oktyabr ayında Türkiyədə əcnəbilərə 5 min 377 əmlak satılıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz azdır.