Ankara, TurkicWorld:
2024-cü ilin yanvar-aprel aylarında Səudiyyə Ərəbistanı vətəndaşları Türkiyədə 140 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 88 obyekt azdır.
Bu barədə TurkicWorld-a Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.
Məlumata görə, bu ilin aprel ayında İngiltərə vətəndaşları Türkiyədə 32 daşınmaz əmlak alıblar ki, bu da 2023-cü ilin aprel ayı ilə eyni saydadır.
Qeyd edək ki, 2024-cü ilin aprel ayında Türkiyədə 75 min 569 mənzil satın alınıb ki, bu da 2023-cü ilin aprel ayı ilə müqayisədə 11,8 faiz azdır.
Məlumata görə, 2024-cü ilin yanvar-aprel aylarında Türkiyədə 355 min 173 mənzil satın alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz azdır.
2024-cü ilin aprel ayında Türkiyədə xarici vətəndaşlara 1 272 mənzil satılıb ki, bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə 50,3 faiz azdır.
Eyni ilin yanvar-aprel aylarında əcnəbi vətəndaşlar Türkiyədən 6 min 957 mənzil alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 48,4 faiz azdır.