BAKI, TurkicWorld, Orxan Qədirzadə
2026-cı ilin mart ayında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə artmayaraq, 1 milyard 477 milyon 361 min dollara bərabər olub.
Bu barədə TurkicWorld- ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2026-cı ilin yanvar-mart aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 faiz artaraq, 4 milyard 229 milyon 159 min dollara bərabər olub.
Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (mart 2026 - mart 2025) Türkiyə 17 milyard 964 milyon 404 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib.






