BAKI,TurkicWorld Orxan Qədirzadə
2026-cı ilin yanvar – aprel aylarında Türkiyədən Azərbaycana polad ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 47,8 faiz artaraq, 43 milyon 67 min 9 dollara bərabər olub.
Bu barədə TurkicWorld- ya Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Türkiyə 2026-cı ilin aprel ayında Azərbaycana polad ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 131,7 faiz artıraraq, 15 milyon 456 min 52 dollara çatdırıb.
Qeyd edək ki, 2026-cı ilin aprel ayında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,6 faiz artaraq, 1 milyard 438 milyon 222 min dollara bərabər olub.
2026-cı ilin yanvar-aprel aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz azalaraq, 5 milyard 237 milyon 843 min dollara bərabər olub.
Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (aprel 2026 - aprel 2025) Türkiyə 16 milyard 451 milyon 14 min dollar məbləğində polad ixrac edib.






