Son dəqiqə

Memarlıq şəhərsalma BakıKonqresMərkəzi interyerdizayn bakıforum2026 dizayntədbiri yaradıcısənaye memarlar innovativdizayn

Bakıda “IN VISION DESIGN TALKS – BAKU 2026” Memarlıq və Dizayn forumu keçiriləcək

Bakı. TurkicWorld:

Bakıda memarlıq, interyer dizaynı və şəhərsalma sahələrinə həsr olunmuş “IN VISION DESIGN TALKS – BAKU 2026” tədbiri keçiriləcək.

TurkicWorld xəbər verir ki, tədbir mayın 11-də Bakı Konqres Mərkəzində Seranit Azərbaycan və SinerjiPro təşkilatçılığı ilə baş tutacaq. Forum saat 14:00-dan 18:30-dək davam edəcək.

Məlumata görə, tədbirdə Türkiyənin tanınmış memar və dizaynerləri iştirak edəcək. Forum çərçivəsində müasir memarlıq, interyer dizaynı və şəhərsalma sahəsində yeni tendensiyalar, innovativ yanaşmalar və beynəlxalq təcrübələr müzakirə olunacaq.

Tədbirin spikerləri sırasında Metex Mimarlık şirkətinin nümayəndəsi Sinan Kafadar, Autoban Mimarlık şirkətindən Səfər Çağlar, Yes Architects şirkətinin təmsilçisi Yeşərən Ersan, PBA nümayəndəsi Tusi Əliyev, həmçinin moderator qismində professor doktor Osman Arayıcı yer alacaq.

Təşkilatçılar bildiriblər ki, tədbirdə iştirak ödənişsizdir, lakin yerlər məhdud olduğundan əvvəlcədən qeydiyyat tələb olunur.

Forumun memarlıq və dizayn sahəsində fəaliyyət göstərən peşəkarlar, tələbələr və yaradıcı sənaye nümayəndələri üçün yeni əməkdaşlıq imkanları və təcrübə mübadiləsi platforması olacağı vurğulanır.

Qeydiyyat üçün: https://tally.so/r/XxRENz

Mövzuya görə xəbərlər