Son dəqiqə

Lənkəran 13-cü Dünya Şəhər Forumu (WUF13) şəhərsalma 13-cü Ümumdünya Şəhər Forumu (WUF13) Ümumdünya Şəhərsalma Forumu inklüziv şəhər mühiti

WUF13 Festivalı Lənkəranda böyük marağa səbəb oldu

BAKI,TurkicWorld

Mayın 2-də Lənkəran şəhərinin sakinləri və qonaqları arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) barədə məlumatlılığın artırılması məqsədilə WUF13 Festivalı baş tutub.

TurkicWorld-un məlumatına görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun, rəsmi şəxslərin və şəhər ictimaiyyətinin iştirakı ilə tədbir keçirilib.

İctimai proqram çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılıb.

Həmçinin, WUF13 və şəhərsalma mövzularında, eləcə də Lənkəranın memarlıq abidələri barədə suallar təqdim olunaraq iştirakçılar arasında müsabiqələr təşkil edilib. Düzgün cavab verənlərə hədiyyələr təqdim edilib.

9000-dən çox iştirakçının qatıldığı proqram böyük maraqla qarşılanıb.

Mövzuya görə xəbərlər