BAKI,TurkicWorld
Azərbaycanın Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Qismət Gözəlov Aşqabad şəhərinin hakimi Rahim Qandımov ilə görüş keçirib.
TurkicWorld görüş zamanı Azərbaycan və Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub. Tərəflər şəhərsalmada rəqəmsal planlaşdırma, infrastruktur layihələrinin rəqəmsal idarə olunması, nəqliyyat sistemlərinin idarə edilməsində süni intellekt həllərinin tətbiqi, eləcə də bu istiqamətlər üzrə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.
Müzakirələr zamanı şəhər idarəçiliyində rəqəmsal transformasiyanın və innovativ texnologiyaların tətbiqinin əhəmiyyəti vurğulanıb. Tərəflər bu sahədə təcrübə mübadiləsinin genişləndirilməsi, müasir rəqəmsal həllərin tətbiqi və gələcək birgə layihələrin həyata keçirilməsi perspektivlərini də nəzərdən keçiriblər.
Görüşün sonunda Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov səmimi qəbul və məhsuldar görüşə görə Aşqabad şəhərinin hakimi Rahim Qandımova minnətdarlığını bildirib.







