Türkiyədə Türkmənistan şirkətlərinin məcmu kapitalı keçən ilə nəzərən artıb (ÖZƏL)

Türkiyədə Türkmənistan şirkətlərinin məcmu kapitalı keçən ilə nəzərən artıb (ÖZƏL)

Ankara . TurkicWorld:

2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyədə Türkmənistan kapitalı ilə 76 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 45 şirkət çoxdur.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Türkmənistan şirkətlərinin sayı ilə bərabər, onların ümumi kapıtalıda artıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Türkmənistan şirkətlərinin məcmu kapitalı 22,5 milyon türk lirəsi olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 8,8 milyon türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-sentyabr aylarında Türkmənistan şirkətlərinin əksəriyyəti İstanbulda (73) qeydiyyata alınıb.

“İstanbulda qeydiyatdan keçən Türkmənistan şirkətlərinin ümumi kapitalı 22,2 milyon türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki, 2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyədə Türkmənistan kapitalı ilə 3 tikinti, 45 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.