Son dəqiqə

Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi Türkiyə Statistika Təşkilatı (TÜİK)

Türkiyənin kimya ixracı artsa da, Qırğızıstan bazarı kiçilir - Martda 0,3 faizlik azalma (ÖZƏL)

BAKI,TurkicWorld, Orxan Qədirzadə

2026-cı ilin yanvar – mart aylarında Türkiyədən Qırğızıstana kimyəvi maddə məhsulları ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz artaraq, 23 milyon 156 min 69 dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2026-cı ilin mart ayında Qırğızıstana kimyəvi maddə məhsulları ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz azaldaraq, 9 milyon 472 min 81 dollara çatdırıb.

Qeyd edək ki, 2026-cı ilin mart ayında Türkiyənin kimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,7 faiz artaraq, 2 milyard 961 milyon 823 min dollara bərabər olub.

2026-cı ilin yanvar-mart aylarında Türkiyənin kimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz azalaraq, 7 milyard 623 milyon 294 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (mart 2026 - mart 2025) Türkiyə 31 milyard 760 milyon 441 min dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər