Son dəqiqə

Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi Türkiyə Statistika Təşkilatı (TÜİK) İxracat

Çin bazarında Türkiyə mebelinə tələb azalıb - 15,4 faiz geriləmə (ÖZƏL)

BAKI,TurkicWorld, Orxan Qədirzadə

2026-cı ilin yanvar – mart aylarında Türkiyədən Çinə mebel ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 15,4 faiz azalaraq, 1 milyon 561 min 10 dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2026-cı ilin mart ayında Çinə mebel ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3 faiz artıraraq, 622 min 84 dollara çatdırıb.

Qeyd edək ki, 2026-cı ilin mart ayında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,7 faiz azalaraq, 599 milyon 838 min dollara bərabər olub.

2026-cı ilin yanvar-mart aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz azalaraq, 1 milyard 760 milyon 517 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (mart 2026 - mart 2025) Türkiyə 7 milyard 860 milyon 144 min dollar məbləğində mebel ixrac edib.

Mövzuya görə xəbərlər