Bakı Fond Birjası (BFB)

"FERRUM CAPİTAL" QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır

BAKI, TurkicWorld

11 fevral 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FERRUM Kapital” QSC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan AZ2022022282 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 18.02.2026-cı il tarixində yekunlaşmışdır.

TurkicWorld xəbər verir ki,Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

"FERRUM CAPİTAL" QSC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2022022282

İstiqrazların növü və forması

Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması

Kütləvi / Birqiymətli Hərrac

İstiqrazların sayı

40,000 ədəd

İlkin ticarət qiyməti

100 manat

İstiqrazların buraxılış həcmi

4,000,000 manat

İllik gəlirlilik faizi

14%

Hərrac qiyməti

100 manat

İstiqrazların reallaşdırılmış həcmi

4,000,000 manat

İstiqrazların sifarişlərinin ümumi həcmi (nominal qiymətlə)

4,000,000 manat

İnvestor sayı

51

Sifariş sayı

51

Ödəmə Periodu

İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir

Tədavül müddəti

12 ay

Anderrayter

“UniCapital İnvestisiya Şirkəti” ASC

Mövzuya görə xəbərlər