Son dəqiqə

Azərbaycan Bakı Bakı Fond Birjası (BFB)

"Bakı Fond Birjası"nın dövriyyəsi azalıb

BAKI,TurkicWorld

Bu ilin yanvar-mart aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 11,854 milyard manat təşkil edib.

TurkicWorld BFB-yə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5,986 milyard manat və ya 33,6% azdır.

Eyni zamanda hesabat dövründə bağlanmış əqdlərin sayı 5 934 olub ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 516 vahid və ya 20,3% azdır.

BFB-nin dövriyyəsinin 10,753 milyard manatı repo əməliyyatlarının payına düşüb. Bu isə illik müqayisədə 5,959 milyard manat və ya 35,7% azdır.

Hesabat dövründə dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri 353,2 milyon manat və ya 3,9 dəfə azalaraq 120,091 milyon manata bərabər olub.

Mövzuya görə xəbərlər