BAKI, TurkicWorld, Orxan Qədirzadə
3 aprel 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "PAŞA BANK" ASC-nin səhmlərin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
|
Emitentin adı |
"PAŞA BANK" ASC |
|
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ1012006628 |
|
Səhmlərin növü və forması |
Sənədsiz adlı, adi səhmlər |
|
Ticarət üsulu/forması |
Kütləvi / Abunə yazılışı |
|
Səhmlərin sayı |
932,926 ədəd |
|
İlkin ticarət qiyməti |
Abunə yazılışından 5 iş günü əvvəl bildiriləcək |
|
Buraxılış həcmi |
Abunə yazılışından 5 iş günü əvvəl bildiriləcək |
|
Ticarətə buraxılma tarixi |
Abunə yazılışı və yerləşdirmə tarixləri emitent tərəfindən bildiriləcək |
|
Əsas Anderrayter Anderrayter Anderrayter |
“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC “ABB-İnvest İnvestisiya Şirkəti” QSC “Unicapital İnvestisiya Şirkəti” ASC |



