Son dəqiqə

Azərbaycan Mərkəzi Bankı Bakı Fond Birjası (BFB) Mərkəzi Bankın notları üzrə hərrac keçiriləcək

Mərkəzi Bankın notları üzrə hərrac keçiriləcək

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Azərbaycan Respublikasının Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

TurkicWorld Bakı Fond Birjasına istinadən xəbər verir ki, 1 və 2 aprel 2026-cı il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaq.

Notların buraxılış parametrləri barədə məlumatları təqdim edirik:

Notun müddəti

(gün)

İSİN

Hərrac

tarixi

Hərraca çıxarılan məbləğ (manat)

Nominal

Miqdar

Notun ödəniş tarixi

28

AZ2616024702

01.04.2026

20.000.000

100.000

200

29.04.2026

84

AZ2617024701

02.04.2026

15.000.000

100.000

150

25.06.2026

168

AZ2619024709

01.04.2026

2.500.000

100.000

25

16.09.2026

252

AZ2618024700

02.04.2026

2.500.000

100.000

25

10.12.2026

Hərracda notların ilk mülkiyyətçiləri yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar ola bilər. Notların mülkiyyətçiləri notlarla alqı-satqı, girov, REPO və digər əqdləri bağlaya bilər və bu əqdlər üzrə tərəf qismində istənilən şəxs çıxış edə bilər.

Hərrac zamanı bir bank tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər və təqdim ediləcək rəqabətli sifarişin həcmi hərraca çıxarılan nominal həcmlə məhdudlaşır.

Hərracda iştirakçı sayı tələbi mövcud deyil.

Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcək.

Mövzuya görə xəbərlər