Son dəqiqə

işğaldan azad edilmiş ərazilər Cəbrayıl rayonu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi

Azad edilmiş 4 kəndin su və kanalizasiya sisteminin tikintisi üzrə 7,3 milyon manatlıq işlərə başlanılır

BAKI,TurkicWorld

Cəbrayıl rayonunun Soltanlı kəndinin su təchizatı və kanalizasiya sisteminin tikintisi işlərinə başlanılır.

TurkicWorld-in dövlət satınalmalarının vahid internet portalına istinadən məlumatına görə, görləcək işlər Cəbrayıl rayonunun Maşanlı, Soltanlı, Böyük Mərcanlı, Sarıcalı kəndlərinin xarici su təchizatı və kanalizasiya sisteminin tikintisi çərçivəsində aparılacaq.

Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununla bağlı müvafiq işlərə start verib.

Qurum hazırda sözügedən işləri icra edəcək şirkətimüəyyənləşdirməkdədir.

Eyni zamanda görüləcək işlərin 7,305 milyon manata başa gələcəyi proqnozlaşdırılıb.

Mövzuya görə xəbərlər