BAKI, TurkicWorld, Nailə Babazadə
2025-ci ilin noyabr ayında Türkiyənin İstanbul Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq, 77 milyon 524 min 963 nəfər olub.
Bu barədə TurkicWorld -ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin noyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 1 faiz artaraq, 16 milyon 429 min 166 nəfər, beynəlxalq reyslər üzrə isə 5 faiz artaraq 61 milyon 95 min 797 nəfər təşkil edib.
2025-ci ilin noyabr ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4 faiz azalaraq 3 milyon 60 min 843 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin noyabr ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz azalaraq, 201 min 13 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 4 faiz azalaraq, 2 milyon 859 min 830 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2025-ci ilin noyabr ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin noyabr ayı ilə müqayisədə 6 faiz artaraq, 503 min 777 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 5 faiz artaraq, 114 min 651, beynəlxalq reyslər üzrə isə 7 faiz artaraq 389 min 126 olub.
2025-ci ilin noyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 229 milyon 584 min 573 nəfər, yük daşınması isə 4 milyon 738 min 323 ton təşkil edib.
Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.





