Son dəqiqə

Özəl Türkiyə Ticarət nazirliyi

İyul ayında Türkiyə kimyəvi maddə ixracını artırıb

Bakı. TurkicWorld:

2022-ci ilin iyul ayında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 54,1 faiz artaraq 2,9 milyard dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin yanvar-iyul ayında Türkiyə 19,7 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin yanvar-iyul ayları ilə müqyisədə 41,8 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2021-iyul 2022) Türkiyə 31,1 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib.

Mövzuya görə xəbərlər