Son dəqiqə

Qazaxıstan Türkiyə İxracatçılar Məclisi polad Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə polad ixracı 2025 Türkiyənin dünya bazarlarına polad satışı 2024 və 2025 polad ixrac müqayisəsi Türkiyə polad ixrac həcmi Türkiyə polad ixrac statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) İxracat Türkiyə polad sənayesi

Türkiyədən Qazaxıstana polad ixracı artıb (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Qazaxıstana polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 25 faiz artaraq, 34 milyon 741 min 85 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2025-cü ilin noyabr ayında Qazaxıstana polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyişməyərək, 2 milyon 699 min 84 dollara çatdırıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz artaraq, 15 milyard 38 milyon 404 min dollara bərabər olub.

“Bu ilin noyabr ayında Türkiyə 1 milyard 319 milyon 263 min dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 5,9 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində ( noyabr 2024- noyabr 2025) Türkiyə 16 milyard 471 milyon 981 min dollar məbləğində poladixrac edib.

Mövzuya görə xəbərlər