Son dəqiqə

Türkmənistan Türkiyə İxracatçılar Məclisi elektrik avadanlıqları Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) İxracat

Türkiyədən Türkmənistana elektrik avadanlıqları ixracı artıb (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar – oktyabr aylarında Türkiyədən Türkmənistana elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 44 faiz artaraq, 165 milyon 371 min 90 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2025-cü ilin oktyabr ayında Türkmənistana elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 39,5 faiz artaraq, 18 milyon 159 min 90 dollara çatdırıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 17,5 faiz artaraq, 14 milyard 103 milyon 4 min dollara bərabər olub.

“Bu ilin oktyabr ayında Türkiyə 1 milyard 294 milyon 927 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 6,1 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2024-oktyabr 2025) Türkiyə 17 milyard 454 milyon 56 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Mövzuya görə xəbərlər