Son dəqiqə

Mikayıl Cabbarov İqtisadiyyat Nazirliyi Türkmənistan Nökərqulu Ataqulıyev

Azərbaycan və Türkmənistan iqtisadi əməkdaşlığın prioritetlərini müzakirə ediblər

BAKI, TurkicWorld, Orxan Qədirzadə

İqtisadiyyat Nazirliyində Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini ilə keçirilən görüşdə iqtisadi əməkdaşlığın prioritetləri müzakirə olunub.

TurkicWorld İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini, Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Nökərqulu Ataqulıyevlə görüşüb.

Görüşdə Azərbaycan–Türkmənistan iqtisadi əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri dəyərləndirilib. Ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın davamlı inkişafının önəmi vurğulanıb. Türkmənistanla ticarət və investisiya əməkdaşlığının möhkəmləndirilməsi potensialı qeyd edilib. Bununla yanaşı, müxtəlif istiqamətlər üzrə qarşılıqlı faydalı işbirliyi, birgə layihələrin həyata keçirilməsi üçün imkanlar diqqətə çatdırılıb.

Tərəflər ikitərəfli əməkdaşlığın strateji prioritetlərini, enerji, nəqliyyat-tranzit, logistika və digər sahələrdə birgə fəaliyyətin genişləndirilməsini müzakirə ediblər.

Mövzuya görə xəbərlər