Bakı, TurkicWorld
Görüşdə Azərbaycan və Litva arasında ticarət və investisiya əlaqələrinin inkişafı, enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlıq perspektivləri müzakirə olunub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Litva Respublikasının xarici işlər naziri Kęstutis Budryslə görüşüb.
Görüşdə Azərbaycan və Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yaratdığı imkanlar nəzərdən keçirilib. Sənədin ticarət, investisiya və nəqliyyat sahələrində ikitərəfli əlaqələrin inkişafına yeni təkan verəcəyi qeyd olunub.
Tərəflər qarşılıqlı ticarətin şaxələndirilməsi, investisiya əlaqələrinin inkişafı və Azərbaycanın Avropa İttifaqı ilə ticarət dövriyyəsi barədə fikir mübadiləsi aparıblar.
Energetika, o cümlədən bərpaolunan enerji sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. Nəqliyyat və logistika sahələrində əlaqələrin genişləndirilməsi perspektivlərinə də toxunulub







