Bakı, TurkicWorld
Azərbaycan Ekspeditorlar Assosiasiyası (Freight Forwarding Association of Azerbaijan, FFAA) və Almaniya Federal Logistika İttifaqı (Bundesvereinigung Logistik, BVL) arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb.
TurkicWorld-un müxbirinin verdiyi məlumata görə, imzalanma mərasimi noyabrın 26-da Bakıda keçirilən Dayanıqlı Nəqliyyat Günü münasibətilə Ümumdünya Forumu (World Sustainable Transport Day Forum) çərçivəsində baş tutub.
Sənədi FFAA-nın sədri Kamran Həbibov və BVL-in sədri Stefan Mirko Novak imzalayıblar.
Memorandum Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azerbaijan) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) dəstəyi ilə imzalanıb.