Özəl Türkiyə Ticarət nazirliyi

Türkiyə Azərbaycana elektrik avadanlıqları ixracını artırıb (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyə 2022-ci ilin yanvar-may aylarında Azərbaycana elektrik avadanlıqları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 45,3 faiz artıraraq 69,4 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

May ayında Türkiyə Azərbaycana elektrik avadanlıqları ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 41,6 faiz artıraraq 19,4 milyon dollara çatdırıb.

Qeyd edək ki , 2022-ci ilin yanvar-may aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz artaraq 6 milyard dollara bərabər olub.

Bu ilin may ayında Türkiyə1 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 2,8 faiz azdır.

Qeyd olunub ki , son 12 ay ərzində (may 2021-may 2022) Türkiyə 14,6 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Mövzuya görə xəbərlər