Son dəqiqə

Bakı Təşəbbüs Qrupu

ABŞ-ın Howard Universitetinin müəllimi Rhoda Arrindellin çıxışı

BAKI,TurkicWorld

Rhoda Arrindell: Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıtmaq hüququnu dəstəkləyirik

ABŞ-ın Howard Universitetinin müəllimi və “One St. Martin Association” təşkilatının prezidenti Rhoda Arrindell Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıtmaq hüququna dəstəyini ifadə edib.

Rhoda Arrindell qeyd edib ki bütün əziyyət çəkən insanlar hüquqlarından heç bir maneə və məcburiyyət olmadan sərbəst şəkildə istifadə etmək imkanına malik olmalıdırlar. O, həmçinin doğma yurdlarından didərgin salınmış insanların öz seçimləri əsasında və onlar üçün əlverişli şəraitdə geri qayıtmaq hüququnun təmin edilməsinin vacibliyini vurğulayıb. “Biz Qərbi azərbaycanlıların da öz doğma yurdlarına qayıtmaq hüququnu tanıyırıq”, – deyə Rhoda Arrindell bildirib.

O qeyd edib ki, qayıdış hüququ ilə bağlı məsələlər Qərbi azərbaycanlılarla yanaşı dünyanın müxtəlif bölgələrində doğma yurdlarından didərgin düşmüş insanlara da aiddir. Rhoda Arrindell “One St. Martin Association”ın bu insanların hüquqlarının müdafiəsinə dəstək verməyə və onların öz doğma yurdlarına qayıtmasına töhfə göstərmək məqsədilə beynəlxalq tərəfdaşlarla əməkdaşlığa hazır olduğunu bildirib.

Rhoda Arrindell, həmçinin vurğulayıb ki, Bakı Təşəbbüs Qrupunun təşkil etdiyi konfranslar müxtəlif xalqların üzləşdiyi problemlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasına və qayıdış hüququ ilə bağlı mövqelərin səsləndirilməsinə imkanlar yaradır.

Mövzuya görə xəbərlər