Son dəqiqə

nəqliyyat Antalya Yük daşımaları Antalya Beynəlxalq Hava Limanı Beynəlxalq yük daşımaları sərnişin təyyarələri 2025 Türkiyə yük daşımaları Türkiyə daxili və beynəlxalq yük daşımaları Türkiyədə hava nəqliyyatı 2025 Hava yük daşımaları Hava nəqliyyatı infrastrukturu Sərnişin rekordu Sərnişin sayı Hava nəqliyyatı innovasiyaları

Antalya hava limanında sərnişindaşıma 26 milyon nəfəri keçib (ÖZƏL)

BAKI, TurkicWorld

2025-ci ilin avqust ayında Türkiyənin Antalya Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq, 26 milyon 179 min 455 nəfər olub.

Bu barədə TurkicWorld -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin avqust ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 6 faiz artaraq, 4 milyon 576 min 407 nəfər, beynəlxalq reyslər üzrə isə dəyişməyərək 21 milyon 603 min 48 nəfər təşkil edib.

2025-ci ilin avqust ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz azalaraq 308 min 298 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin avqust ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq, 41 min 196 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 2 faiz azalaraq, 267 min 102 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2025-ci ilin avqust ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin avqust ayı ilə müqayisədə 1 faiz artaraq,160 min 26 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 6 faiz artaraq, 31 min 75, beynəlxalq reyslər üzrə isə 1 faiz azalaraq 128 min 321 olub.

2025-ci ilin avqust ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 162 milyon 530 min 684 nəfər, yük daşınması isə 3 milyon 346 min 622 ton təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.

Mövzuya görə xəbərlər