Son dəqiqə

Özbəkistan Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Türkiyə turizm statistikası Türkiyəli turistlər Turizm rekordları 2025 turizm mövsümü Türkiyə Mədəniyyət və Turizm Naziri Turizm təzyiqi Turistik şəhərlər xarici turist axını Türkiyə 2025 turizm statistikası Turizm diplomatiyası turizm siyasəti

Türkiyəyə səfər edən Özbəkistan turistlərinin sayı artıb (ÖZƏL)

BAKI, TurkicWorld

2025 -ci ilin iyulunda Özbəkistandan Türkiyəyə 78 min 778 turist səfər edib ki, bu da 2024-cü ilin iyunu ilə müqayisədə 17,86 faiz çoxdur.

Bu barədə TurkicWorld -a Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Özbəkistan vətəndaşlarının payı 1,13 faiz təşkil edib.

2025-ci ilin yanvar-iyul aylarında Özbəkistandan Türkiyəyə 366 min 789 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,31 faiz çoxdur.

2025-ci ilin yanvar-iyul aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Özbəkistan vətəndaşlarının payı isə 1,29 faiz təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2025-ci ilin iyulunda Türkiyəyə 6 milyon 969 min 546 turist səfər edib ki, bu da ötən ilin iyunu ilə müqayisədə 4,97 faiz azdır.

2025 -ci ilin yanvar-iyul aylarında 28 milyon 369 min 330 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,10 faiz azdır.

Mövzuya görə xəbərlər