Son dəqiqə

Qazaxıstan Türkiyə Mədəniyyət və Turizm Nazirliyi turizm Türkiyəli turistlər Turizm rekordları Turizm infrastrukturu Turizm təzyiqi Turizm müsbət və mənfi təsirləri Turistik şəhərlər xarici turist axını Türkiyə Turizm diplomatiyası turizm siyasəti turistik səfərlər

Türkiyəyə səfər edən Qazaxıstan turistlərinin sayı azalıb (ÖZƏL)

BAKI, TurkicWorld

2025 -ci ilin iyulunda Qazaxıstandan Türkiyəyə 128 min 609 turist səfər edib ki, bu da 2024-cü ilin iyulu ilə müqayisədə 17,34 faiz azdır.

Bu barədə TurkicWorld -a Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qazaxıstan vətəndaşlarının payı 1,85 faiz təşkil edib.

2025-ci ilin yanvar-iyul aylarında Qazaxıstandan Türkiyəyə 462 min 264 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,68 faiz azdır.

2025-ci ilin yanvar-iyul aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qazaxıstan vətəndaşlarının payı isə 1,63 faiz təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2025-ci ilin iyulunda Türkiyəyə 6 milyon 969 min 546 turist səfər edib ki, bu da ötən ilin iyulu ilə müqayisədə 4,97 faiz azdır.

2025 -ci ilin yanvar-iyul aylarında 28 milyon 369 min 330 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,10 faiz azdır.

Mövzuya görə xəbərlər