Son dəqiqə

Qazaxıstan Türkiyə Ticarət nazirliyi Türkiyənin ixracatı avtomobil bazarı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası avtomobil ixracı İxracat

İyul ayında Türkiyədən Qazaxıstana avtomobil ixracı 9 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld

Türkiyə 2025-cü ilin iyul ayında Qazaxıstana avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,3 faiz azalaraq, 9 milyon 17 min 29 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən Qazaxıstana avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,7 faiz azalaraq, 59 milyon 298 min 81 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz artaraq, 23 milyard 822 milyon 213 min dollara bərabər olub.

“Bu ilin iyul ayında Türkiyə 3 milyard 837 milyon 870 min dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 23 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2024-iyul 2025) Türkiyə 40 milyard 210 milyon 571 min dollar məbləğində avtomobil ixrac edib.

Mövzuya görə xəbərlər