Son dəqiqə

Özbəkistan İstanbul TOBB 2025 Türkiyə şirkət qeydiyyatı statistikası 2024 və 2025 Türkiyə şirkət qeydiyyatı müqayisəsi sərbəst kapital artımı Kapital artımı kapital artımı vergisi

Türkiyədə Özbəkistan şirkətlərinin qeydiyyatı və sərmayəsi artıb (ÖZƏL)

BAKI, TurkicWorld

2025-ci ilin yanvar- iyul ayında Türkiyədə Özbəkistan kapitalı ilə 41 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 16 şirkət çoxdur.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Özbəkistan şirkətlərinin məcmu kapitalı 88 milyon 100 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 18 milyon 912 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar - iyul ayında Özbəkistan şirkətlərinin əksəriyyəti İstanbulda (37) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Özbəkistan şirkətlərinin ümumi kapitalı 65 milyon 450 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2025-cü ilin yanvar - iyul ayında Türkiyədə Özbəkistan kapitalı ilə 20 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Mövzuya görə xəbərlər