Son dəqiqə

Qazaxıstan Türkiyə Mədəniyyət və Turizm Nazirliyi turizm Türkiyəli turistlər Turizm rekordları 2025 turizm mövsümü Türkiyə Mədəniyyət və Turizm Naziri Turizm təzyiqi Turistik şəhərlər xarici turist axını Türkiyə

Türkiyəyə səfər edən Qazaxıstanlıların sayı azalıb (ÖZƏL)

BAKI, TurkicWorld

2025 -ci ilin iyununda Qazaxıstandan Türkiyəyə 129 min 836 turist səfər edib ki, bu da 2024-cü ilin iyunu ilə müqayisədə 11,30 faiz azdır.

Bu barədə TurkicWorld -a Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qazaxıstan vətəndaşlarının payı 2,25 faiz təşkil edib.

2025-ci ilin yanvar-iyun aylarında Qazaxıstandan Türkiyəyə 333 min 655 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,75 faiz azdır.

2025-ci ilin yanvar-iyun aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qazaxıstan vətəndaşlarının payı isə 1,56 faiz təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2025-ci ilin iyununda Türkiyəyə 6 milyon 834 min 444 turist səfər edib ki, bu da ötən ilin iyunu ilə müqayisədə 9,13 faiz çoxdur.

2025 -ci ilin yanvar-iyun aylarında 26 milyon 388 min 831 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,96 faiz çoxdur.

Mövzuya görə xəbərlər