Son dəqiqə

Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi sərnişin təyyarələri Muğla Milas Bodrum Hava limanı Türkiyə yük daşımaları Türkiyədə hava nəqliyyatı 2025 Hava nəqliyyatı infrastrukturu Sərnişin rekordu Sərnişin sayı Hava nəqliyyatı innovasiyaları hava nəqliyyatı qəzası

Muğla-Milas Bodrum hava limanında sərnişindaşıma 1 milyon nəfəri keçib (ÖZƏL)

BAKI, TurkicWorld

2025-ci ilin iyun ayında Türkiyənin Muğla- Milas Bodrum Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz azalaraq, 1 milyon 530 min 12 nəfər olub.

Bu barədə TurkicWorld -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin iyun ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 2 faiz azalaraq, 958 min 232 nəfər, beynəlxalq reyslər üzrə isə 1,7 faiz azalaraq 571 min 780 nəfər təşkil edib.

2025-ci ilin iyun ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5 faiz azalaraq 14 min 752 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin iyun ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6 faiz azalaraq, 7 min 382 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 4 faiz azalaraq, 7 min 432 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2025-ci ilin iyun ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin iyun ayı ilə müqayisədə 2 faiz artaraq, 15 min 223 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 1 faiz artaraq, 9 min 953, beynəlxalq reyslər üzrə isə 3 faiz artaraq 5 min 270 olub.

2025-ci ilin iyun ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 108 milyon 734 min 662 nəfər, yük daşınması isə 2 milyon 335 min 564 ton təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.

Mövzuya görə xəbərlər