Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu təhlükəsizlik tələblərinə cavab verir - Qazaxıstanın baş naziri

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu təhlükəsizlik tələblərinə cavab verir - Qazaxıstanın baş naziri

Bakı. TurkicWorld:

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu tədarükün yüksək təhlükəsizlik tələblərinə cavab verir və transkontinental tədarükə tələbi tam şəkildə təmin etmək gücündədir.

TurkicWorld-un məlumatına görə, bunu Qazaxıstanın baş naziri Alixan Smayilov Çində keçirilən Boao Asiya Forumunda deyib.

A.Smayilov "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində əməkdaşlığın yüksək səviyyəsinin dəstəklənməsinin vacibliyini vurğulayıb.

"Qazaxıstan "İpək yolu iqtisadi kəməri"nin vacib halqası olmaqla beynəlxalq tranzit daşımalarının fasiləsiz davam etməsi üçün səylərini artıracaq. Bununla əlaqədar mən xarici tərəfdaşlarımızı Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutuna fəal şəkildə qoşulmağa çağırıram. Bu marşrut tədarükün yüksək təhlükəsizlik tələblərinə cavab verir və transkontinental tədarükə tələbi tam şəkildə təmin etmək gücündədir", - deyə nazir bildirib.